Göyçay sakini intihar edib

14:09 - 5 Yanvar 2020 - HADİSƏ

Göyçay rayonunda intihar hadisəsi  baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün rayonun Ləkçıplaq kəndində qeydə alınıb. Kənd sakini, 1968-ci il təvəllüdlü Qədirov Nail Firudin oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, dəqiq məlum deyil.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər xətti