Amerika Birləşmiş Ştatları ona məxsus obyektlərə hücum edilərsə İranın 52 hədəfinə “sürətli və güclü” zərbə endirəcək.
ABŞ general Kassem Süleymaninin öldürülməsindən sonra həyata keçirilə biləcək hər hansı bir hücuma qarşı cavab olaraq İranın 52 hədəfinə "çox sürətli və çox güclü" hücumlar həyata keçirəcək. ABŞ prezidenti Donald Trump bu mesajı şənbə günü öz Twitter səhifəsində yerləşdirib.
“Bu xəbərdarlıq olsun. İran amerikalılara və ya Amerika hədəflərinə zərbələr endirərsə, 52 İran hədəfinə zərbə endiriləcək. Bunlardan bəziləri İran və İran mədəniyyəti üçün çox mənalı və əhəmiyyətlidir. Bu hədəflərə və İranın özünə çox tez və güclü zərbələr endiriləcəkdir. ABŞ artıq təhdid istəmir! "- deyə ABŞ prezidenti yazıb.