SEPAH komandanı: “Strateji qisas gələcək”

10:49 - 5 Yanvar 2020 - DÜNYA

Tehranın general Qasım Süleymaninin öldürülməsinə verəcəyi cavab ABŞ-ın Yaxın Şərqdəki varlığına son qoyacaq.

“Fars” agentliyinin məlumatına görə, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Hüseyn Salami deyib.
“General Qasım Süleymaninin şəhadətinin arxasınca strateji qisas gələcək və şübhəsiz ki, bu, regionda ABŞ-ın varlığına son qoyacaq”, - Salami bildirib./oxu.az

Xəbər xətti