Sabirabadda qadın dəm qazından boğularaq ölüb

21:47 - 4 Yanvar 2020 - HADİSƏ

Sabirabad rayonunda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.

Sabirabad rayonunun Şıxsalahlı kənd sakini, 1990-cı il təvəllüdlü Xəlilova Könül Vahid qızı hamam otağında yuyunarkən dəm qazından boğularaq ölüb. O, Şirvan şəhər xəstəxanasına gətirilərkən yolda vəfat edib.

Faktla bağlı araşdırma aparılır./Apa

Xəbər xətti