Sumqayıtda mənzildən kişi meyiti tapılıb

16:20 - 4 Yanvar 2020 - HADİSƏ

Sumqayıtda mənzildən kişi meyiti tapılıb.

FHN-dən verilən məlumata görə, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1984-cü il təvəllüdlü Babayev Adışirin Nadir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti