Süleymaninin yerinə yeni komandan tәyin edilib
15:30 - 3 Yanvar 2020 - DÜNYA
İranın dini lideri İslam İnqilabı Keşikçilәr Korpusu SEPAH-ın Qüds qüvvәlәrinә yeni komandan tәyin edib. Bu, İranın dini lideri Ayәtulla Seyid Әli Xamneyinin fәrmanında qeyd olunub.
Bu barәdә Trend Fars informasiya agentliyinә istinadәn mәlumat verib.
İranın dini liderinin fәrmanında bildirilir ki, general Qasim Süleymaninin qәtlә yetirilmәsindәn sonra, general İsmayıl Qaani Qüds qüvvәlәrinin komandanı tәyin olunur.
Fәrmanda deyilir ki, SEPAH-ın ali komandanlarından olan Qaani Süleymani ilә birlikdә uzun illәr regionda xidmәt edib.
İsmayıl Qaani Süleymaninin Qüds qüvvәlәrindәki rәis әvәzi idi.
Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.
Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.