Bakıda avtomobil piyadanı vuraraq öldürüb

13:14 - 3 Yanvar 2020 - HADİSƏ

Bakı şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Binəqədi rayonunun Xocəsən qəsəbəsinin ərazisində baş verib. Belə ki, Bakı şəhər sakini R.Novruzov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini İsrafil Kərimovu vurub. Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır./report

Xəbər xətti