Gəncədə oğul anasını bıçaqlayıb

16:58 - 31 Dekabr 2019 - HADİSƏ

Gəncədə bıçaqlanma olub.

Hadisə şəhərin “Mağrasa bağı" adlanan yaşayış massivində qeydə alınıb. Şəhər sakini 1960-cı il  təvəllüdlü Qurbanova Sucayyət  Aqil qızı bıçaqlanma xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadın dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, qadını ruhi xəstə olduğu bildirilən oğlu bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır./Apa

Xəbər xətti