Ağsuda iki uşaq anası dəm qazından öldü

14:31 - 31 Dekabr 2019 - HADİSƏ

Ağsuda qadın dəm qazından zəhərlənərək ölüb.

Hadisə rayonun Qaraqoyunlu kəndində qeydə alınıb. Kənd sakini, 1996-cı il təvəllüdlü Hacıyeva Əfsanə Səməd qızı yaşadığı evin hamamında çimərkən dəm qazından zəhərlənərək ölüb. Onun cansız cəsədi ailə üzvləri tərəfindən aşkar edilib.

Qeyd edək ki, Ə.Hacıyeva ailəlidir, iki övladı var.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti