“Coca-Cola” şirkətinin yük maşını aşdı, sürücü öldü - Foto

12:11 - 30 Dekabr 2019 - HADİSƏ

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun Kürdəmir rayon ərazisindən keçən hissəsində baş verib. Məlumata görə, “Coca-Cola” şirkətinə məxsus “Kamaz” markalı yük maşını hərəkətdə olan zaman idarəetmədən çıxaraq qarşısında hərəkətdə olan digər yük maşını ilə toqquşub. Nəticədə, hər iki avtomobil aşıb.

Hadisə zamanı şirkətin avtomobilini idarə edən sürücü dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır./qafqazinfo


Xəbər xətti