Kürdəmirdə yük maşını velosiped sürən şəxsi vuraraq öldürüb

20:04 - 29 Dekabr 2019 - HADİSƏ

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın xəbərinə görə, hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb. Nicat Məlik oğlu Məlikov idarə etdiyi "Qazel" markalı yük avtomobili ilə velosipedlə hərəkətdə olan Kənan Tural oğlu Nəbiyevi vurub. Ağır xəsarət alan K. Nəbiyev hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti