Kürdəmirdə ağır yol qəzası - Sürücü öldü
15:04 - 29 Dekabr 2019 - HADİSƏ
Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində rayon sakinləri İ.Rəhimovun və Aslan Xasanovun idarə etdikləri iki “VAZ-21063” markalı avtomobil toqquşub.
Nəticədə A.Xasanov hadisə yerində ölmüş, İ.Rəhimov və 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.