Hacıqabulda “Mercedes” və "KamAZ" toqquşub
09:47 - 29 Dekabr 2019 - HADİSƏ
Hacıqabul rayonunda “Mercedes” və "KamAZ" markalı iki yük avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan “Mercedes” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.