Bakıda mənzildən kişi meyiti tapılıb

10:05 - 28 Dekabr 2019 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1936-cı il təvəllüdlü Musayev Yusub Hümbət oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti