Moskvanın şimalında naməlum şəxslər SSRİ rəhbəri İosif Stalinin limuzinini oğurlayıblar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Telegram-kanal Baza” məlumat yayıb. Naməlum şəxslər ZİS-115-i evakuatora yükləyərək naməlum istiqamətə gediblər. Hazırda oğruların tutulması istiqamətində işlər görülür.
Qeyd edək ki, ZİS-115 yüksək sinif avtomobillərdən hesab olunur. Həmin limuzundən cəmi 56 ədəd istehsal olunub. Stalin bu maşından 1949-cu ildən istifadə edib. Sənədlərə görə avtomobil ukraynalı biznesmen Ruslan Tarpana məxsusdur.