Xəzər dənizində balıqçı qayığı dəmir boruya çırpıldı, ölən var

18:39 - 27 Dekabr 2019 - HADİSƏ

Xəzər dənizində balıqçı bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə Xəzər dənizinin Hövsan qəbəsə sahilinə yaxın “42-ci yanalma körpüsü” adlanan ərazidə qeydə alınıb. Paytaxt sakini, 1980-ci il təvəllüdlü Kudaybirqanov Emil Şamilyeviç iki dostu ilə birlikdə matorlu qayıqla balıq tutmaq məqsədi ilə dənizə gedib. Sahildən dənizə doğru 1 kilometr irəlilədikdən sonra qayıq dənizdə olan dəmir boru ilə toqquşub.

Nəticədə qayıq aşaraq çevrilib. Dostlar çevrilmiş qayığın üstünə çıxsa da, E.Kudaybirqanov donvurmadan ölüb. Digər iki şəxs DSX-nin Sahil Mühafizə Mərkəzinin Hövsan Sahil nəzarəti bölməsinin əməkdaşları tərəfindən xilas edilib.

Meyitin müayinəsi üçün ekspertiza təyin olunub, faktla bağlı araşdırma aparılır./trend

 

Xəbər xətti