Suriyanın şərqində Rusiya və ABŞ hərbçiləri arasında dava baş verib.
Bu barədə Suriya İnsan Haqları Rəsədxanası (SOHR) təşkilatı məlumat yayıb.
SOHR-in məlumatına görə, hadisə dekabrın 25-də Əl-Həsaka əyalətində yerləşən Tel -Tamer şəhərində olub. Amerikalıların kəndə yerli sakinlərdən məlumat almaq üçün gəldikləri, ancaq ABŞ Prezidenti Donald Trampın əvvəllər bölgədən qoşun çıxarmaq qərarına gəldiyinə görə onları xəyanətdə günahlandırdıqları qeyd olunur.
Sonra rus hərbçiləri Tel- Tamerə gedib. İki dövlətin əsgərləri arasında mübahisə yaranıb və bu da dava ilə nəticələnib. Xəsarət alan olmayıb. Silahdan istifadə edilməyib.
Xatırladaq ki, cari ilin oktyabrın sonunda Amerika qüvvələri Suriyadakı bir neçə hərbi bazanı tərk etdikdən sonra ora Rusiya Silahlı Qüvvələri tərəfindən işğal edilib./qafqazinfo