Bakıda keçmiş məhkumun evindən 2.5 kq heroin tapılıb

13:43 - 26 Dekabr 2019 - HADİSƏ

Bakıda evdən heroin tapılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş V.Cavadov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 qrama yaxın heroin götürülüb.

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Ordubad rayon sakini, əvvəllər məhkum olunmuş E.Süleymanov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 qramdan artıq heroin, Nəsimi rayonu ərazisindəki kirayədə yaşadığı mənzildən isə 2 kiloqram 600 qram heroin, 256 qrama yaxın tiryək,  99 qramdan artıq metamfetamin, 3 ədəd elektron tərəzi və 150.000 İİR rialı aşkar edilərək götürülüb.

Xəbər xətti