Bakıda bıçaqlanma hadisəsi baş verib
23:51 - 25 Dekabr 2019 - HADİSƏ
Bakıda bıçaqlanma hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən "Lotos" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.
Belə ki, Hacıqabul rayonu Talış kənd sakini 1993-cü il təvəllüdlü Mayılov Sirac Əlizadə oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Xəstənin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.