Bakıda mənzildən 59 yaşlı kişi meyiti tapılıb

17:52 - 25 Dekabr 2019 - HADİSƏ

Bakıda mənzildən 59 yaşlı kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Susayev Arif Məzahir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti