Azərbaycanda dəmir yolu yaxınlığında meyiti tapılan şəxslə bağlı DƏHŞƏTLİ FAKT

15:54 - 25 Dekabr 2019 - HADİSƏ

Daşkəsəndə meyiti tapılan kişinin kimliyi məlum olub.

Dekabrın 21-də rayonun Bayan kəndi ərazisində naməlum kişi meyiti aşkarlanıb.

Məlum olub ki, meyit Şəmkir rayonu, Çıraqlı qəsəbə sakini, 1962-ci il təvəllüdlü Abdullayev Qurban Oruc oğluna aiddir.

Q.Abdullayev baş nahiyəsindən odlu silahdan açılmış atəş nəticəsində ölüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətmiş, Daşkəsən rayonunda qeydiyyatda olan, Gəncə şəhərində müxtəlif ünvanlarda yaşayan 1962-ci il təvəllüdlü Mehdiyev Elbrus Cumalı oğlu tutularaq adiyyəti üzrə istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı araşdırma davam edir.

Qeyd edək ki, Q.Abdullayevin meyiti bir neçə gün əvvəl dəmir yolu yaxınlığında tapılmışdı. /oxu.az

Xəbər xətti