Sürücü avtomobillə piyadanı vuraraq qaçıb

00:36 - 25 Dekabr 2019 - HADİSƏ

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı 62 yaşlı qadın ağır xəsarət alıb.

Avtoqəza Mərdəkan qəsəbəsində baş verib. Minik avtomobili yolu keçmək istəyən 1957-ci il təvəllüdlü Xəlilova Mələknisə Bayram qızını vurub. Hadisəni törədən sürücü ərazidən yayınıb.

Ağır xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib. Ona ayağın əzilmiş yarası, qarının və döş qəfəsinin küt travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır./Apa

Xəbər xətti