Bakıda sərnişin avtobusları toqquşub- Foto

18:58 - 24 Dekabr 2019 - HADİSƏ

Bakıda sərnişin avtobusları toqquşub. Hadisə paytaxtın Nərimanov rayonu ərazisində, metronun "Gənclik" stansiyasının qarşısında baş verib. 26 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu dayanacaq yaxınlığında idarəetməni itirərək qarşısında dayanan 202 saylı marşrut avtobusu ilə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da hər iki avtobusa ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır. /trend

Xəbər xətti