“07” ağaca çırpıldı, ölən var

16:52 - 24 Dekabr 2019 - HADİSƏ

Qaxda baş verən qəzada bir nəfər ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün günorta saatlarında Qax-Qorağan avtomobil yolunda baş verib. Yevlax rayon sakininin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı qoz ağacına  çırpılıb.

Hadisə nəticəsində maşında olan beş nəfərdən ikisi xəsarət alıb. Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 1992-ci il təvəllüdlü Vəlizadə Cəsarət Vəliş oğlu xəstəxanaya aparıldıqdan bir qədər sonra ölüb. Digər yaralının vəziyyəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti