Amerikanın “Boeing” aviaşirkətinin rəhbəri Dennis Melenberq istefa verir.
Modern.az “CNN”ə istinadən xəbər verir ki, Melenberq bu qərarı 2019-cu ildə şirkətin “727 Max” təyyarəsi ilə bağlı bir sıra problem yaşaması və “Starliner” kosmik gəminin uğursuz buraxılışından sonra verib. Onu bu vəzifədə direktorlar şurasının rəhbər Devid Kelxun əvəzləyəcək. Şuranın açıqlamasında bildirilib ki, bu dəyişiklik şirkətin nüfuzunun bərpası üçün edilib.
Xatırladaq ki, şirkətin əsas kommersiya layneri “Boeing 737 Max”ın uçuşları bu ilin martından iki təyyarənin düşməsindən sonra bütün dünyada dayandırılıb.