Sudan həddən artıq istifadə orqanizmdəki faydalı vitamin və mikroelementləri yuyub aparır. Bundan başqa, zülalın aşağı düşmə riski də mövcuddur.
Bu barədə RT-yə müsahibəsində biotexnologiya üzrə mütəxəssis Alla Poqojyova məlumat verib.
Alim qeyd edib ki, orqanizmdə suyun çoxluğu qan-damar və sidik sistemlərinə də mənfi təsir göstərə bilər.
Hər bir insanın gündəlik olaraq 2,5 litr suya ehtiyacı var. Bu ehtiyacın 1 litrini insan qidalardan əldə edir. Qalan 1,5 litr su isə sərbəst formada bədənə daxil olmalıdır.
Maye qəbul edərkən onun keyfiyyətinə nəzarət etmək də önəmli faktorlardan biridir./oxu.az