Bu gün günorta saatlarında Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı motosiklet 99-UJ-693 dövlət nömrə nişanlı “Volkswagen”lə toqquşub. Qəza Həsən Əliyev küçəsində qeydə alınıb. Hadisə zamanı motosikletin sürücüsü xəsarət alıb və çağırılan təcili tibbi yardımın köməyilə xəstəxanaya çatdırılıb.
Qəzanın hansı şəraitdə baş verdiyi məlum deyil.
Hadisədən sonra yolda tıxac yaranıb. /oxu.az