“Slaym” azyaşlının bronxlarını yandırdı

11:45 - 21 Dekabr 2019 - DÜNYA

Ukraynanın Kiyev şəhərində “slaym” azyaşlının ciyərlərində kimyəvi və zəhərli yanmaya səbəb olub.

Dörd yaşlı Yasa adlı qız öskürək şikayəti ilə xəstəxanaya gətirilib.

Uşağın bronxlarında yapışqan bir maddənin olduğu aşkar edilib.

Məlum olub ki, oynadığı zaman iylədiyi “slaym” parçası onun bronxlarına yapışıb.

Nəticədə iki həftə reanimasiyada qalan Yasa indi zökəm olmamaq üçün uşaqlarla ünsiyyətdə ola bilmir.

Həkimlər ilk dəfə olaraq “slaym” səbəbi ilə bronxların kimyəvi yanması ilə üzləşdiklərini bildiriblər.

Kimyaçıların dediyinə görə, “slaym”ın tərkibində olan bor turşusu və ya natrium tetraborat toksik təsirə malikdir. O səbəbdən, uzun müddət dəri ilə təmasda olarsa, allergik reaksiyalara, dadına baxılarsa, başgicəllənməyə səbəb olur./oxu.az

 

Xəbər xətti