Bakıda evdən kişi meyiti tapılıb

09:36 - 21 Dekabr 2019 - HADİSƏ

Bakıda evdən 73 yaşlı kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Osmanov Fikrət Nuxuq oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti