Ötən gün Moskvada Federal Təhlükəsizlik Binası önündə atəş açan Yevgeni Manyurovun atası baş verən insidentə münasibət bildirib.
Fatih Manyurov bildirib ki, oğlu həyat yoldaşından ayrılandan sonra onunla uzun müddətdir əlaqə saxlamayıb. Oğlunun xarakterindən danışan ata onu “qaşqabaqlı” kimi xarakterizə edib.
Atası əlavə edib ki, oğlu Birləşmiş Ərəb Əmirliklərinin səfirliyində çalışıb və bir müddətdən sonra övladının danışığında şərq aksenti hiss olunub. Bundan əlavə, Manyurov atasına atıcılıq ustası olmaq arzusunda olduğunu bildirib.
Qeyd edək ki, ötən gün Rusiyanın paytaxtı Moskvada, Federal Təhlükəsizlik Xidmətinin (FTX) binası yaxınlığında silahlı qarşıdurma baş verib. Qeyri-rəsmi məlumata görə, silahlı insident zamanı üç nəfər ölüb, beş nəfər yaralanıb./oxu.az