Bakıda taksi sürücüsü itkin düşüb

10:27 - 20 Dekabr 2019 - HADİSƏ

Bakıda 31 yaşlı taksi sürücüsü itkin düşüb.

Hadisə dekabrın 17-də paytaxtın Suraxanı rayon ərazisində baş verib.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan, 1988-ci il təvəllüdlü Hüseyn Bayramov yaşadığı Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi nömrəsiz ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra H.Bayramovun yaxınları hüquq-mühafizə orqanlarına müraciət edib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində araşdırma aparılır.

Xatırladaq ki, H.Bayramov evlidir, iki azyaşlı övladı var./report

 

Xəbər xətti