Şəmkirdə yanğın - İstixana yandı

10:19 - 20 Dekabr 2019 - HADİSƏ

Şəmkir rayonunun Dəllər Cəyir kəndində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Şəmkir rayonunun Dəllər Cəyir kəndində ümumi sahəsi 500 m² olan istixananın polietilen üzlüyü 20 m² sahədə və içərisində tutumu 200 litr olan yağ çəni yanıb.

İstixananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb./trend

Xəbər xətti