Mingəçevirdə oğurluq edən 2 qadın saxlanıb

14:03 - 19 Dekabr 2019 - HADİSƏ

Mingəçevirdə oğurluq etmiş qadınlar tutulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki mağazaların birindən 1400 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini T.İsgəndərova və Ağstafa rayon sakini İ.Qasımova saxlanılıblar.

Araşdırma aparılır.

Xəbər xətti