Şirvanda kişi keçmiş arvadını bıçaqlayaraq hadisə yerindən qaçıb

10:06 - 19 Dekabr 2019 - HADİSƏ

Şirvan şəhərində kişinin keçmiş arvadını bıçaqlama hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Hadisə dekabrın 18-də saat 21 radələrində, şəhərin H.Əliyev küçəsi, ev 1 ünvanında baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Qubadova Günay Hətəm qızı keçmiş əri, Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yaşayan Quliyev Azad Ərəstun oğlu tərəfindən döş və qarın nahiyəsindən bıçaqlanılıb.

Daha sonra yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

A.Quliyevin tutulması istiqamətində təcili və təxirə salınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilir./report

 

Xəbər xətti