Yevlaxda ağır yol qəzası baş verib, 3 nəfər ölüb

19:45 - 18 Dekabr 2019 - HADİSƏ

Yevlax rayonunda ağır yol qəzası baş verib.

Hadisə Qaraməmmədli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mitsubishi" markalı minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 3 nəfər hadisə yerində ölüb. Meyitlər tibbi ekspertizaya aparılıb. Onların kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti