Jirinovski Dumanın bufetindən spirtli içkiləri yığışdırmağı təklif edib

18:50 - 18 Dekabr 2019 - DÜNYA

Rusiyanın Liberal Demokrat Partiyasının sədri, qalmaqallı siyasətçi Vladimir Jirinovski Dumanın bufetindən spirtli içkilərin yığışdırılması ilə bağlı təklif irəli sürüb.

O öz təklifini üzümçülük və şərabçılıqlı bağlı qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Siyasətçi spirtli içkilərə qarşı qəti mövqeyini bildirib:

“Alkoqollu içkilərin satışını hər yerdə dayandırmaq lazımdır. Mağazalarda spirtli içkilər üstünə “zəhər” yazılmış pərdə arxasına yerləşdirilməlidir. Bizim bufetdən başlamaq lazımdır. Alkoqollu içkiləri yığışdırmalı və bütün ölkədə antialkoqol kampaniyasına başlamalıyıq. Cəmiyyətimiz ayıq insanlardan ibarət olmalıdır”./oxu.az

Xəbər xətti