Türkiyənin Osmaniyyə vilayətində keçirilmiş əməliyyat nəticəsində İŞİD üzvü olan 6 nəfər tutulub.
APA-nın “Hürriyyət” qəzetinə istinadən verdiyi xəbərə görə, tutulanların arasında terror aktları ilə bağlı tapşırıqları birbaşa İŞİD terror təşkilatının öldürülmüş lideri Əbubəkr əl-Bağdadidən alan Hüseyn əl-Həsən də var.
Terrorçular özlərini suriyalı qaçqın kimi təqdim edərək Türkiyədə yaşayıblar.
Əməliyyat zamanı terrorçulara məxsus mobil telefon, komputer və bir sıra sənədlər götürülüb.