Oğuzda yük maşını minik avtomobili ilə toqquşub

20:15 - 17 Dekabr 2019 - HADİSƏ

Oğuzda yük maşını minik avtomobili ilə toqquşub, bir nəfər xəsarət alıb. APA-nın məlumatına görə, hadisə axşam saatlarında rayonun Kərimli-Yaqublu avtomobil yolunda baş verib. Rayonun Padar kəndinin sakini, 1959-cu il təvəllüdlü Ağalar Lətif oğlu Nəsibovun idarə etdiyi “VAZ 21074” markalı minik avtomobili ilə “Ford” markalı yük maşını toqquşub. Qəza zamanı minik avtomobilinin sürücüsü aldığı xəsarətlə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti