ABŞ-ın cənub ştatlarında qasırğa nəticəsində 3 nəfər həlak olub.
Məlumata görə, 1 nəfər Luiziana ştatında, 2 nəfər isə Alabama ştatında təbiət hadisəsinin qurbanı olub.
Qeyd olunur ki, gecə ərzində həmin ştatlardan 20-dən çox burulğan keçib. Çoxlu sayda ağac qırılıb, tikililərə ciddi ziyan dəyib.
Qasırğa nəticəsində yaralıların sayının çoxalacağı istisna olunmur, çünki xilsedicilər təbiət hadisəsindən daha çox zərər çəkən bölgələrə getməkdə çətinlik çəkir./trend