Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf İslamabadda məhkəmə tərəfindən qiyabi olaraq ölüm cəzasına məhkum edilib.
Sabiq prezident və general vətənə xəyanətdə ittiham olunub.
Qərar 2007-ci ildə P.Müşərrəfin fövqəladə vəziyyət elan etməklə Konstitusiyanın fəaliyyətini dayandırması ilə əlaqədar verilib.
Qeyd edək ki, general P.Müşərrəf 1999-cu ildə çevriliş yolu ilə hakimiyyətə gəlib və 2001-2008-ci illərdə prezident vəzifəsində işləyib.
Hazırda P.Müşərrəf Dubayda müalicə olunur./trend