Abşeronda avtomobil naməlum gənc qadını vuraraq öldürüb

10:29 - 17 Dekabr 2019 - HADİSƏ

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə dekabrın 16-da saat 23:15 radələrində Bakı-Quba avtomobil yolunun Abşeron rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Məmmədov Orxan Çingiz oğlunun idarə etdiyi “Mercedes-Benz E220” markalı minik avtomobili yolu keçən piyada, təxminən, 23-25 yaşlarında olan qadını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti