Ağdaşda Türkiyədən olan ailə yol qəzasına düşdü- 6 nəfər xəstəxanada

17:56 - 16 Dekabr 2019 - HADİSƏ

Azərbaycanda əcnəbi ailə yol qəzasına düşüb.

Hadisə rayonun Ağdaş-Ləki-Kotavan yolunda baş verib. Türkiyə vətəndaşı 1963-cü il təvəllüdlü Birgül Erdal Halilibrahim oğlu idarə etdiyi "Mirsubitshi" markalı H 028309 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və aşırıb.

Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişinlər - 1988-ci il təvəllüdlü Birgül Rəna Qorxmaz qızı, 2009-cu il təvəllüdlü Birgül Xəlil Erdal oğlu, 2014-cü il təvəllüdlü Birgül Ömər Erdal oğlu, 2019-cu il təvəllüdlü Birgül Məryəm Erdal qızı və 1998-ci il təvəllüdlü Tahirov Röyal Qorxmaz oğlu ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır./trend

Xəbər xətti