Masallı rayonunun stansiya Masallı kəndi ərazisində “VAZ-211440” və “QAZ-21029” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 14-də saat 19 radələrində Masallı rayonunun stansiya Masallı kəndi ərazisində Lənkəran rayon sakinləri S.Abbasovun idarə etdiyi “VAZ-211440” və Ramin Novruzovun idarə etdiyi “QAZ-21029” markalı avtomobillər toqquşub.
Nəticədə R.Novruzov aldığı xəsarətlərdən hadisə yerinə ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.