Bakıda nənə və nəvəsi dəm qazından boğulub

10:17 - 16 Dekabr 2019 - HADİSƏ

Bakıda iki nəfər dəm qazından boğulub.

Hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində qeydə alınıb. Orada yaşayan 1953-cü il təvəllüdlü Əminə Mirzəzadə və nəvəsi 2003-cü il təvəllüdlü Əminə Mirzəzadə evlərinin hamamında dəm qazından boğulublar.

Onların meyitləri yaxınları tərəfindən aşkarlanıb.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (ehtiyatsızlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb./apa

Xəbər xətti