Goranboyda məktəblini maşın vurub

20:12 - 12 Dekabr 2019 - HADİSƏ

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Bakı-Qazax yolunun Goranboyun Borsunlu kəndindən keçən hissəsində məktəblini “Hyundai” markalı avtomobil vurub. Ağır xəsarət alan məktəbli rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır./Apa

Xəbər xətti