“Neftçilər”də özünü qatarın altına atan şəxsin kimliyi bilindi

13:29 - 12 Dekabr 2019 - HADİSƏ

Dekabrın 11-də saat 18 radələrində metronun “Neftçilər” metrostansiyasının platformasında bir nəfər özünü qatar yoluna atıb.
 

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, bu zaman orada olan DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən dərhal görülmüş tədbirlərlə həmin şəxs qatar yolundan çıxarılıb.

Onun Masallı rayon sakini V.Əzimov olması müəyyən edilib./trend

 

Xəbər xətti