Türkiyədə 100-dən çox məktəbli zəhərləndi

12:25 - 12 Dekabr 2019 - DÜNYA

Türkiyənin Çorum vilayətində məktəblilərin kütləvi zəhərlənməsi baş verib.

Məlumata görə, 103 məktəbli xəstəxanaya yerləşdirilib.
Onlardan 6 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Məktəblilərin nədən zəhərləndiyi barədə məlumat verilməyib.

Xatırladaq ki, bundan əvvəl, noyabrın 27-də Sakarya vilayətində 141 məktəbli zəhərlənmışdı./trend

 

Xəbər xətti