Göyçayda 62 yaşlı qadını maşın vurub öldürdü

19:00 - 10 Dekabr 2019 - HADİSƏ

Göyçayda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Trend-in məlumatına görə, rayonun Ulaşlı-Şıxlı kənd sakini Baxışov Dinar Musa oğlu idarə etdiyi "Mercedes" markalı 99 CE 561 dövlət nöpmrə nişanlı avtomobillə hərəkətdə olarkən rayon sakini, 1957-ci il təvəllüdlü İmanova Səadət Məmməd qızını vurub. Nəticədə S.Məmmədova xəstəxanada dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanıb.

Xəbər xətti