Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb

13:48 - 10 Dekabr 2019 - HADİSƏ

Bakıda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 24-də rayon ərazisindəki evlərin birindən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini O.Loktionova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti