Türkiyənin şərqindəki Ağrı vilayətində keçirilmiş əməliyyat nəticəsində 18 ton sianid müsadirə edilib.
Məlumata görə, əməliyyat Türkiyənin İranla sərhədində keçirilib.
Əməliyyat çərçivəsində 5 qaçaqmalçı saxlanılıb.
Qeyd edək ki, ötən ay Türkiyədə iki ailə (ümumilikdə 8 nəfər) sianid içərək intihar etmişdi./trend